Modern.az

Türkiyədə “Azərbaycan evi” kimləri narahat edir - AYGÜN ATTARDAN SƏRT CAVAB

Türkiyədə “Azərbaycan evi” kimləri narahat edir - AYGÜN ATTARDAN SƏRT CAVAB

Diaspor

29 İyun 2021, 22:50

Bir neçə gündür ki, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Türkiyəyə ezam olunub. Qardaş ölkədə fundamental işlərə imza atan komitənin fəaliyyəti bəzi dairələri ciddi narahat etməyə başlayıb.

 

Bunun səbəbi çox sadədir. Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi Azərbaycanla Türkiyəni ayrılmaz edir, onları bütün sahələrdə əbədi birləşdirir.

 

Belə vacib sahələrdən biri də iki ölkənin diasporunun birgə fəaliyyətidir. Görünür bu istiqamətdə əməli addımlar bəzi qüvvələri çox narahat edir ki, bu da yumşaq desək, Azərbaycanı sevməyən qüvvələrin şakəridir. Bir az da konkretləşdirsək, erməni xislətidir, erməni məhsuludur.

 

Hədəfə alınanlar arasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı ziyalı xanım Aygün Attar da var. Buna səbəb onun Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirlərdə iştirakıdır. Bunu əsas gətirənlər azərbaycanlı xanıma iftiralar atmağa başlayıb.

Bu insanların gözlərini kin və Türklük nifrəti elə bürüyüb ki, Türkiyə kimi nəhəng bir ölkədə ilk dəfə rektor vəzifəsində çalışan, hazırda isə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik Şurasının üzvü kimi məsul bir vəzifədə olan hörmətli ziyalımız Professor Aygün Attar xanıma belə dil uzatmaqdan çəkinmirlər.

 

Görünür Aygün Attar kimi xalqına xidməti əsas götürən azərbaycanlı ziyalısına dil uzatmaq başqa məqsədlərdən xəbər verir. Bu isə adını azərbaycanlı qoyan hər kəs üçün utancverici məsələdir...

 

Prof. Dr. Aygün Attar Azərbaycan Evi haqqında məlumat verib. O, qeyd edib ki, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təklifi və mərhum İhsan Doğramacının təşəbbüsü ilə yaradılıb.

 

“Adı keçən Azərbaycan Evi ilə bağlı yanlış və qərəzli yazılar xoş niyyətli deyil. Bundan təəssüf hissi keçirirəm. Azərbaycan Prezidentinin rəhbərliyi və Diaspor Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılmasına qərar verilib. Keçən il İdarə Heyəti tərəfindən qəbul edilən qərardan sonra Azərbaycan Evinin rəsmi açılışı dünən baş tutdu. Azərbaycan Evinin bütün ehtiyacları Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir. Azərbaycanın siyasətini xaricdə yaşayan soydaşlarımızla birlikdə həyata keçirən Dövlət Komitəsinə, ölkənin xeyrinə və dövlətin maraqları üçün son dərəcə vacib olan bu gözəl fəaliyyətə görə təşəkkür etməliyik", - deyən Aygün Attar bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Evi haqqında iftira yazanların məsuliyyətə cəlb edilməsi üçün şəxsən hüquq-mühafizə orqanlarına müraciət edəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər