Modern.az

Sərkisyanın London görüşləri Azərbaycan diasporunun etiraz aksiyaları ilə başladı

Sərkisyanın London görüşləri Azərbaycan diasporunun etiraz aksiyaları ilə başladı

10 Fevral 2010, 17:38

Londonda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan hazırda  “Chatham House” Beynəlxalq Münasibətlər İnstititunda “Cənubi Qafqazda təhükəsizlik və dəyərlər” mövzusunda hesabatla çıxış edir. Modern.az-ın Ermənistanın   “Armeniya today” saytına istinadən verdiyi məlumata görə, Sərkisyan çıxışında Türkiyə-Ermənistan münasibətlərinin inkişaf perspektivləri,   Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarla bağlı məruzə edəcək və həmçinin aktual regional problemlərə toxunacaq. Erməni mətbuatının xəbərinə görə, institutun qarşısında Lodondakı Azərbaycan diasporu üzvlərinin etraz aksiyaları keçirilir.  Aksiya  iştirakçları  “Torpaqları Azərbaycana qaytarın”, “Xocalıya ədalət” şüarları səsləndiriblər.

Xatırladaq ki,  Londonda 3 günlük işgüzar səfərdə olan Sərkisyanın bu axşam Böyük Britaniya və Şimali İrlandiya kraliçası ikinci Yelizaveta, xarici işlər naziri devid Milibend və şahzadə Çarlzla da görüşləri nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir