Modern.az

İşığın yeni qiyməti - gecə-gündüz tarifi əhaliyə aid deyil - Tarif Şurası

İşığın yeni qiyməti - gecə-gündüz tarifi əhaliyə aid deyil - Tarif Şurası

İqtisadiyyat

30 İyun 2021, 17:42

“Elektrik enerjisinin yeni müəyyən edilən gecə-gündüz tarifi əhali abonentlərinə şamil olunmur”. 


Bu barədə Tarif Şurasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, gecə-gündüz tarifi qeyri-əhali qrupu üzrə müəyyən edilib.


Qeyd edilib ki, qərarın detalları barədə məlumat veriləcək.

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərarına dəyişiklik olunub.

Dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.


Bu qərar 1 iyul 2021-ci ildən qüvvəyə minir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır