Modern.az

Vətən müharibəsində polis əməkdaşları da fədakarlıq göstərib - Əli Hüseynli

Vətən müharibəsində polis əməkdaşları da fədakarlıq göstərib - Əli Hüseynli

Aktual

2 İyul 2021, 11:36

Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında Azərbaycanın güc strukturlarının Vətən müharibəsindən sonra peşə bayramlarını xüsusi qeyd etdikləri barədə danışıb.

 

Modern.az-ın xəbərinə görə, Birinci vitse-spiker 2 iyul polis günü münasibətilə Azərbaycan polislərini təbrik edib torpaqlarımızın işğaldan azad olunmasında onların da xüsusi rolunun olduğunu vurğulayaraq, bu prosesdə güc strukturlarının da yaxından iştirak etdiyini deyib:

 

“Birinci Qarabağ müharibəsində olduğu kimi,Vətən müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra da Azərbaycan polisi ictimai-siyasi sabitliyi qorumağa nail olub. Bütün parlament adından onları təbrik edək. Azərbaycan polisi bundan sonra Prezidentin siyasətinə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır