Arxiv
2 İyul 2021, 12:21 | PARLAMENT
Əlillik təyinatı ilə bağlı dəyişiklik TƏSDİQLƏNDİ

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində vətəndaşın əlilliyi yenidən müəyyən edildikdə, o,  ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklikdə qeyd edilib.


Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

 

Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə üçüncü oxunuşda qəbul edilib.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv