Arxiv
2 İyul 2021, 13:15 | AKTUAL
Pulsuz hüquqi yardımla bağlı qanun layihəsi hazırlanıb

Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında cərimələr haqqında danışıb.

 

Modern.az-ın xəbərinə görə, deputat bildirib ki, cərimələr təkcə vəkillərə deyil, işə düzgün və tezliklə baxılmasına aşkar mane olan bütün tərəflərə şamil ediləcək"

 

"Mülki Prosessual Məcəlləyə təklif edilən maddə yeni redaksiyada veriləcək. Məhkəmə işə düzgün və tezliklə baxılmasına aşkar surətdə mane törədən şəxsləri, işdə iştirak edənləri və ya vəkilləri cərimələyəcək"

 

Deputat niyə yalnız vəkillərin cərimələnməsinin nəzərdə tutulduğunu da vurğulayıb:

 

" Bu, artıq aradan qaldırıldı, bütün tərəfləri nəzərə alacağıq. İkinci narazılıq yaradan məsələ rüsumlarla bağlı idi. Pulsuz hüquqi yardımla bağlı qanunun təqdim olunması nəzərdə tutulur. Bu, baş verəndən sonra həmin narazılıq aradan qalxmış olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv