Modern.az

“Dəyişikliklər Yazıçılar Birliyində yeni bir canlanma yaradacaq” - Rəşad Məcid

“Dəyişikliklər Yazıçılar Birliyində yeni bir canlanma yaradacaq” - Rəşad Məcid

Ədəbi̇yyat

2 İyul 2021, 17:28

Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin  (AYB) sədr müavini təyin olunub.

Rəşad Məcid Modern.az –a açıqlamasında Yazıçılar Birliyinin bundan sonrakı fəaliyyəti haqqında danışıb.

O, AYB-də çox yeniliklər olacağını, oktyabr ayında qurultay keçiriləcəyini qeyd edib:


“Yazıçılar Birliyində əlavə katiblər təyinatına ehtiyac var idi. Çünki qarşıdan AYB-nin qurultayı gəlir, bu səbəbdən önümüzdə bir sıra işlər var. Katiblər nizamnaməyə əsasən qurultayda seçilir. Lakin katibliyin səlahiyyəti var ki, qurultaya qədər bu vəzifələri icra edənləri təyin etsin. Bu səbəbdən yeni təyin olunan katiblər Elçin Hüseynbəyli və Səlim Babullaoğluna da bölgülər ayrıldı. Elçin Hüseynbəyli ədəbi seksiyalarla işə baxacaq, Səlim Babullaoğlu qəbul komissiyasına, Çingiz Abdullayevin isə öz maliyyə təsərrüfat səlahiyyəti var, rusdilli mətbuat.


Mən gənclərlə iş sahəsində qaldım. Azərbaycan dilli ədəbi orqanlara və ümumi yaradıcılıq prosesinə nəzarət edəcəyəm. Bu dəyişikliklər Yazıçılar Birliyində  yeni bir canlanma yaradacaq. Gənc nəslin Yazıçılar Birliyinə gətirilməsi birliyə nəfəs olacaq. Yeni təyinatların davam etməsi gözlənilir”.


Rəşad Məcid gələcəkdə Yazıçılar Birliyinin sədri vəzifəsinə iddiada olub-olmayacağı haqqında da danışıb:


“Sədrlik barəsində düşünmürəm. Son 10-15 ildə hər zaman fikrimi bildirmişəm. Mənim AYB-yə gəlməyim tamamilə sürpriz olub. Uşaqlıqdan Anarı Azərbaycan ədəbiyyatının simvolu və sevimli yazıçısı kimi qəbul etmişəm. Mənim dünyagörüşümdə Anarın əsərlərinin misilsiz rolu olub və çox sevirəm. Anar müəllim məni AYB-yə dəvət edən zaman ona dəstək üçün gəldim. Anar yaşının bu çağında da ədəbiyyat bilgiləri və duyumu ilə bir çox orta yaşlılardan və gənclərdən fərqlənir. Arzu edirəm oktyabrdakı qurultaydan sonra da Anar müəllim işini davam etdirsin. Digər məsələlər gələcəyin işidir. Kim layiq görülsə,  qurultay nümayəndələri onu da seçərlər”.



Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!