Modern.az

3-cü “Jurnalist binası”nın mənzilləri nə vaxt paylanacaq? - MEDİA rəhbərindən AÇIQLAMA

3-cü “Jurnalist binası”nın mənzilləri nə vaxt paylanacaq? - MEDİA rəhbərindən AÇIQLAMA

2 İyul 2021, 17:59

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirdiyi mətbuat konfransında üçüncü “Jurnalisatlər binası” ilə bağlı suala da cavab verib.

 

Modern.az saytının məlumatına görə, o, binanın hələ MEDİA-ya təhvil verilmədiyini qeyd edib. 

 

“Jurnalistlər üçün tikilən sonuncu bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib”. 

 

Ə.İsmayılovun sözlərin ə görə, binada hələ görüləcək işlər var:

 

“Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.

 

Xatırladaq ki, jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib.

 

256 mənzildən ibarət ikinci bina isə 2017-ci ilin iyulunda sahiblərinə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir