Modern.az

MEDİA təşkilatı jurnalistlərə vəsiqə verəcək

MEDİA təşkilatı jurnalistlərə vəsiqə verəcək

2 İyul 2021, 18:12

Azərbaycanda Vahid Media Reyestri yaradılacaq, MEDİA tərəfindən jurnalistlərə vəsiqə veriləcək.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında veriləcək. Tələblərə cavab verən jurnalistlər MEDİA tərəfindən vəsiqə ilə təmin olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır