Modern.az

İki ölkə OPEK + müqaviləsinin uzadılmasına dəstək vermədi

İki ölkə OPEK + müqaviləsinin uzadılmasına dəstək vermədi

İqtisadiyyat

3 İyul 2021, 00:16

OPEK+ nazirləri 2022-ci ilin aprelində sona çatacaq neft hasilatı azalmasına dair müqavilənin gələn ilin sonuna qədər uzadılmasını müzakirə ediblər.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, danışıqlarda istirak edən mənbədən bildirilib ki, BƏƏ məsələnin bundan sonrakı bir vaxta təxirə salınmasını təklif edərək məsələyə qarşı çıxıb.

 

"Meksika müqavilənin uzadılmasına dəstək vermədi. BƏƏ-nin mövqeyi eynidir. İstehsalda artım - bəli, amma müqavilənin uzadılması barədə danışmaq hələ tezdir".

 

Görüşdə OPEK+ alyansının 23 ölkəsinin nazirləri iştirak edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır