Modern.az

Deputat Leyla Əliyevanın sözlərinə yeni mahnı bəstələdi - VİDEO

Deputat Leyla Əliyevanın sözlərinə yeni mahnı bəstələdi - VİDEO

3 İyul 2021, 08:50

Millli Məclisin deputatı Novruz Aslanov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şeirinə yeni mahnı bəstələyib.

 

Deputatın qərargahından Modern.az-a bildirilib ki, Leyla Əliyeva fəal ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də dünyada tanınıb. Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı, şeirlər də yazır və bu şeirlərə mahnılar bəstələnir.

 

Sözləri Leyla Əliyevaya, musiqisi Novruz Aslanova məxsus, müğənni Manananın ifasında səsləndirilən yeni mahnını dinləyicilərə təqdim edirik.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər