Modern.az

\"Qarabağ  Media Assosasiyası\" TƏSİS EDİLDİ

\

4 İyul 2021, 16:34

Qarabağda fəaliyyət göstərən jurnalistlərin bir qrupu "Qarabağ Media Assosiasiyası" təsis ediblər.

 

Modern.az xəbər verir ki, İctimai TV-nin və "Hərbi And" qəzetinin Qarabağ müxbiri Şöhrət Eyvazov qurumun sədri, Xəzər TV və Baku TV-nin Qarabağ müxbiri Şamxal Adıgözəlov isə sədr müavini seçilib.


"Əsas məqsəd bölgə jurnalistikasının inkişaf etdirilməsi, Qarabağda fəaliyyət göstərən media nümayəndələrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və informasiya təhlükəsizliyinin qorunmasında koordinasiyası fəaliyyət göstərilməsi və bölgə mediasının problemlərinin həllinə dəstək verilməsidir" - deyə, hərbi jurnalist Şöhrət Eyvazov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi