Modern.az

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Şəki-Zaqatalaya dəstəkdən DANIŞDI

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Şəki-Zaqatalaya dəstəkdən DANIŞDI

4 İyul 2021, 18:08

Balakən regional “ABAD” mərkəzi vasitəsilə “Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi həyata keçirilib. Layihədə iştirak edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti Modern.az saytına müsahibə verib.


- Cənab Frakassetti, bu gün Şəki, Zaqatala və Balakəndə keçirilən layihənin bağlanışı haqqında təəssüratlarınızı eşitmək istərdik.

 

- Şəki-Zaqatala iqtisadi zonasında son fəaliyyətimiz ərzində ASAN və ABAD-ın Balakən rayonundakı nümayəndəliyi ilə əməkdaşlıq etmişik. “Kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində 44 ailəyə təlim dəstəyi göstərilib və avadanlıqlarla təmin edilib.

Bu gün isə həmin səylərin bəhrəsini görə bilirik. Bu səfərdə biz benefisiar ailələrlə görüşüb onların uğur hekayələrini dinlədik, 2017-ci ildən fəaliyyət göstərən layihənin uğurlu nəticələrini paylaşdıq.

İnsanlar arasında olan əməkdaşlıq müsbət mənada ciddi dəyişikliklərə imkan yaradır. Bu əməkdaşlıqlar əsasında görülən işlər isə yaxşı yaşayış şəraitinə yol açır.

 

- Şəkidəki yerli sahibkarlar sizə görə hansı məhsullarla dünya bazarına nüfuz edə bilərlər?

 

- Bu, ilk öncə fərdi uğurlardan başlayır. Daha sonra bu ailələr digər ailələrlə əməkdaşlıq edib, öz bizneslərini genişləndirirlər. Bu özü də ciddi bir uğurdur.

Burada bir çox istedadlı insanları gördük, hansı ki onlar öz bizneslərini qurmağa, bəziləri də genişləndirməyə çalışırdılar. Beynəlxalq səviyyədə uğurlardan danışmadan öncə isə  biz bu layihənin sosial-iqtisadi təsirlərinə baxmalıyıq. Beynəlxalq müstəviyə çıxış elə buradan başlayır.

 

- Azərbaycanın digər regionları ilə müqayisədə Şəki-Zaqatala regionunu necə dəyərləndirirsiniz?


- Bu iqtisadi zonanın özünəməxsus özəllikləri və imkanları var. Bu səbəbdən dəstək göstərilən kiçik ailə təsərrüfatları zonanın öz imkanlarını yaxşı şəkildə önə çıxara bilir. Qeyd etməliyəm ki, layihə iştirakçılarına avadanlıqlardan istifadə ilə bağlı xüsusi təlimlər keçirilib və birbaşa öz bizneslərinin inkişafında istifadə etməsi üçün dəstək göstərilib.

Ən vacibi isə biz onlara əməkdaşlıq qurmaq və təsərrüfatlarını genişləndirmək üçün çoxsaylı əsas istiqamətlər barədə dəstək ola bilmişik. Uzunmüddətli inkişaf və dayanıqlılıq burada daha əhəmiyyətlidir. Əsas məqsədimiz də o idi ki, onlar istehsal etdikləri məhsulları bazara çıxara bilsinlər.

Bu bölgələrdə gördüyümüz uğurlu biznes fəaliyyətləri sözsüz ki, Azərbaycanın digər bölgələrində də təşkil oluna bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir