Modern.az

General Rövşən Əkbərovun hakim qarşısına çıxarılacağı gün AÇIQLANDI

General Rövşən Əkbərovun hakim qarşısına çıxarılacağı gün AÇIQLANDI

Ölkə

5 İyul 2021, 10:48

Həbsdə olan sabiq birlik komandiri, general Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub.

Modern.az xəbər verir ki, Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq ötən həftə yekunlaşdırılıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Həbib Həsənovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 
General Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə 2021-ci ilin fevralında ordu sıralarından ehtiyata buraxılıb.


R.Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona Prezidentin (mərhum Heydər Əliyev) 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə verilib.

R.Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.


Ancaq İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.

Qarşıda gözlənilən məhkəmə R.Əkbərovu azadlıqdan məhrum etməklə yanaşı, onun həm Milli Qəhrəman adını, həm də general rütbəsini geri ala bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?