Modern.az

Heydər Əliyev Fondu 1200 şəkərli diabet xəstəsinə kömək edəcək

Heydər Əliyev Fondu 1200 şəkərli diabet xəstəsinə kömək edəcək

10 Fevral 2010, 19:35

Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya həyata keçirib.
Fonddan bildirilib ki, Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyyəti və “Novo Nordisk” şirkətinin ölkəmizdəki nümayəndəliyi ilə birgə həyata keçirilən layihə şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır.
Layihə çərçivəsində respublikaya 2 min inyektor və çoxlu ucluq gətirilib. Aksiya zamanı yeniyetmələrə, hamilə qadınlara, qlükemik indeksi 9 faizdən yuxarı olanlara üstünlük verməklə, 1200 nəfər imkansız, xəstəliyin ciddi fəsadları olan vətəndaş inyektor və ucluqla təmin ediləcək.
Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il qeydiyyatda olan 14 yaşınadək pasiyentləri dərman preparatı və qələm-iynə ilə təmin edib. Davamlı layihə ilə yanaşı, Fond beynəlxalq əməkdaşlıq çərçivəsində humanitar aksiyalar keçirərək şəkərli diabet xəstələr üçün əldə etdiyi dərman preparatlarını qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan vətəndaşlara təqdim edib. 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar Bakı şəhərində yaşayan 276 uşaq şəhər 6 saylı klinik xəstəxanada müayinə edilərək keyfiyyətli insulin analoqu və qələm-iynə ilə təmin edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?