Modern.az

"Brent"in qiyməti 77 dolları ötdü

İqtisadiyyat

5 İyul 2021, 23:46

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:16 üçun (Bakı vaxtı) 1,1 faiz artaraq 77 dollar/barel təşkil edib.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, saat 20:30 üçun (Bakı vaxtı) "Brent" markalı neftin qiyməti artmağa davam edib və 77,08 dollar/barel səviyyəsinə çatıb.

 

Son dəfə "Brent" markalı neft qiyməti 2018-ci ilin 29 oktyabr tarixində 77 dollardan çox olub.

 

"WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 1,35 faiz artaraq 75,36 dollar/barel təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!