Modern.az

6 iyul onun günüdür - Nursultan Nazarbayev adı ilə tarix YARADIB

6 iyul onun günüdür - Nursultan Nazarbayev adı ilə tarix YARADIB

6 İyul 2021, 09:30

Bu gün onun günüdür! Türk dünyasının danılmaz LİDERİ, BİLGƏ Nursultan Nazarbayevin!!! O Nazarbayevin ki,  2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşündə qurumun fəxri prezidenti adına layiq görülüb.  Bu gün Qazax elinin ELBASIsının 80-ninin üstünə 1 də əlavə olundu. “1” rəqəmi Tanrıdan onun üçün verilən uğur simvoludur.  Nursultan Nazarbayev bir çox məsələlərdə birinci olmağı bacardı. Və Türk dünyasının sevdiyi, güvəndiyi, özünə ağsaqqal bildiyi Nursultan Nazarbayevi hər bir türk sevdalısının  nədən bu qədər böyük məhəbbətlə  sevməsinin səbəblərini və 1-lərini sayıram:


  1. 1. Nusultan Nazarbayev dünyada ərazisi ən böyük olan Türk dövlətini- Qazaxıstanı yenidən yaratdı. Dünya coğrafiyasında ən qəliz ölkələrlə -Rusiya, Çin, eləcə də Qırğızıstan, Özbəkistan, Türkmənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası haqqında sazişləri imzalayaraq, ümumilikdə 13402  kilometr quru sərhədi, 1730 kilometr su sərhədini  müəyyənləşdirdi.  Və ölkəsini bütün dünyaya Türkdilli ölkə kimi qəbul elətdirdi.


  2. 2. Nursultan Nazarbayevin rəhbərlik etdiyi Müstəqil Qazaxıstan Respublikasında bir çox potsovet ölkələrində baş verən etnik və milli münaqişə, qarşıdurma olmadı. Təbii ki,  bu problemlər sovet ittifaqı dağıldıqdan sonra  yaranan süni siyasi problemləri olduğu üçün, başqa ölkələr tərəfindən təşviq edilmiş və yaradılmışdı.  Nursultan Nazarbayev siyasi uzaqgörənliyi, düzgün milli siyasəti,  köhnə sovet  nomelklaturası ilə dil tapa bilməsi səbəbindən, belə böyük fəlakətləri çoxmillətli Qazaxıstandan  uzaqlaşdıra bildi.

  3. 3. Bilgə Nazarbayev həm də ona görə uzaqgörəndir ki, Sovet Sosialist Respublikaları İttifaqının süqutundan sonra,  bir el oğlu kimi,  “Uralman proqramı”nı həyata keçirdi. Qürbətdə yaşayan qazaxların da tarixi vətəninə köçürülməsi üçün şərait yaratdı. Bu o qazaxlar idilər ki, 1937-50-ci illərdə Sovet repressiyalarına uğramış və ya təqiblərdən canlarını qurtarmaq üçün  Vətəni tərk etmiş və ya vətəndən məcburi köçürülmüşdülər. Və yaxud da  çeçnlər, azərbaycanlılar, türklər, gürcülər, latviyalılar, inquşlar, bir sözlə etnik xalqlar   Qazaxıstana sürgün edilmişdilər.  Həmin köçürülmüş və sürgün edilmiş xalqlar  yurdu  tərk etmədilər. Sülhsevər dövlət başçısının daxili siyasəti nəticəsində ölkə əhalisinin 35 faizini təşkil edən etnik xalqalr burada qalmağa üstünlük verdilər. 6 milyona yaxın insanın ölkədə qalması nəticəsində dövlətin  dayaqları  möhkəmləndi.

  4. 4. Bu proqramın ardınca isə 1995-ci ildə ölkədə yaşayan etnik xalqların daha da mehriban və bir ailə kimi yaşaması üçün Qazaxıstan Xaılq Assambleyasını yaratdı. Bu Assambleyanın Şanırak adlı  çətiri altında 100 mindən artıq azərbaycanlı yenə Qazaxıstana  “Vətən “ dedi, “Yurd” dedi. Bu uğrulu siyaəsət də xalqlar arasında milli birlik və həmrəylik yaratdı.  Qazaxıstan bu ölkədə yaşayan hər kəsə Vətən oldu.


  5. 5. Qazaxıstan Müstəqillik tarixindən az itki ilə ona görə çıxa bildi ki, ölkənin müstəqillik ilərində dövlətin başına belə peşəkar bir siyasətçi gəldi. Özünəməxsus uzaqgörənliyi və müdrikliyi ilə proqnozlaşdırılmış siyasət həyata keçirdi, təhdidləri və təhlükələri aradan qaldırdı. Çünki o bütün gördüyü işləri asta-asta ölçüb-biçən, zamanı gələndə həyata keçirən bir siyasətçidir.Çünki onun siyasi çılğınlığı yoxdur.


6. Dünyanın ən nüfuzlu  sülh adamı olan Nursultan Nazarbayev bütün nüvə silahı saxlayan ölkələrə meydan oxuyaraq,  “Semipalatinsk Nüvə təcrübəsi düşərgəsinin bağlanmaslı” haqqında sərəncam imzaladı. Bu qərar ilə Qazaxıstanı dünyaya birliyinə sivil döblət kimi  tanıtdı. Qazaxıstanın dövlət təhlükəsizliyinin qorunması üçün fövqəldövlətlərdən və beynəlxalq aləmdən ölkəsinin ərazisi üçün təminat aldı. “Semipalatinsk-Nevada” adlı  antinüvə  hərəkatına  dünyanın tanınmış  ictimai xadimi və yazıçısı Olja Sülüymenovu  rəhbər təyin etdi.

7. Qazaxıstan Nursultan Nazarbayevin rəhbərliyi altında  dünyanın qlobal çağırışlarından da geridə qalmadı.  KTMT və Avrasiya Birliyi kimi təşkilatlara qoşulsa da, Türk dünyasını inkişaf etdirmək və inteqrasiyaya aparmaq kimi çoxvektorlu siyasətini həya keçirdi.  Dini Liderlərin Formu,  Avrasiya Əməkdaşlıq Forumu kimi beynəlxalq konfranslarda Türk  dövlətlərinin  ölkədə və  bölgədə, beynəlxalq aləmdə verəcəyi effektli layihələrinin həyata keçirilməsinin ilk planlarını cızdı.  Onun təşəbbüsü nəticəində 2009-cu il oktyabr ayının 3-də Azərbaycanın Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq olundu. Bu strukturda TürkPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası birləşdi.


  1. 8. Səhərlərin də insanlar kimi öz taleləri olur. Nursultan Nazarbayev Astana kimi gözəl bir şəhər yaratdı. 2003-cü ildə “Wall Street Journal”ının müxbirinin “Prezident bu şəhərin layhəsinin hazırlanmasında və paytaxtın salınmasında özü şəxsən iştirak etdimi” sualına, o belə cavab vermişdi:
    “Hər evin, hər memarlıq layihəsinin, hətta evlərin rənglərinin seçilməsində də... Mən memaram və bunu deməkdən çəkinmirəm”.  Astana -   xalqın əsrlər boyu  arzuladığı və can atdığı Qazaxıstan müstəqilliyinin  əsil siması və  simvolu oldu. 

    9. Qazaxıstan bütün Türk xalqlarının müqəddəs Ata yurdudur. Bəli, Azərbaycanda olduğu kimi, qazaxların bugünkü geniş Çöllərindən də  dünyanın bir çox yerinə səpələnən Türk köklü tayfalar və xalqlar digər ölkələr və bölgələrin də tarixi inkişafına mühüm töhfələr vermişlər. Təsadüfi deyil ki, Azərbaycan öz tarixi torpaqlarını döyüş ilə geri qaytaranda, bu Zəfərə, bu Qələbəyə sevinənlərdən biri də qazax xalqı oldu.


    Bir daha sübut olundu ki:

    a) Azərbaycan xalqı ilə qazax xalqının zəfəri də qoşadır, çünki bu ellərin  minillik zəfər dolu tarixləri vardır.

    b) Bizim xalqların bir-birinə bağlı milli dəyərləri vardır.

    c) Bizim xalqların ümumi iqtisadi əməkdaşlığı və bu əməkdaşlığı genişləndirən  coxmilyardlıq dəmit yolu, neft kəməri kimi layihələrimiz vardır.

    d) Qazaxıstan və Azərbaycan infrastrukturlardan qarşılıqlı əməkdaşlıq şərtləri ilə eyni səviyyədə istifadə edirlər.

    e) Bizi birləşdirən Xəzər vardır. Xəzər isə arada sədd deyil, qardaşlığın aynasıdır!

    ə) Bu investisiya layihələri iki ölkənin regionda enerji təhlükəsizliytu məsələsində nə qədər vacib rolu olduğunun bariz nümunəsidir.

    i) Bu layihələri reallaşdıran, həm də siyasi əhəmiyyət daşıyan iqtisadi layihələr hər iki ölkənin  gələcək perspektivlərini müəyyənləşdirir, bizi bir birimizə daha çox bağlayır.

  2. 10. 2017-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nursultan Nazarbayevi dövlətimizin ali “Heydər Əliyev” ordenini ilə təltif etdi.  Nursultan Nazarbayev həmin görüşdə bu fikirləri səsləndirdi: “Heydər Əliyeviçin irsinin davamçısı, ölkənin yeni Prezidenti İlham Əliyevdən belə ali ordeni alanda həyəcanlı idim. Onu İlham Əliyevdən qəbul etmək  mənim üçün böyük şərəf oldu. Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyev ilə 25 il ərzində - 1979-cu ildən onun ömrünün sonuna qədər tanış idim. Bütün bu illər ərzində onu yaxından tanımışam. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim. İndi, bu il isə siz də, biz də müstəqilliyin, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 26 illiyini qeyd edirik. Bu, çox rəmzi məna daşıyır. Mən o vaxt Heydər Əliyevlə bərabər razılaşdığımız işləri faktiki olaraq davam etdirirəm. Bizim bugünkü danışıqlarımız, görüşlərimiz onu göstərir ki, biz onun başladığı işi uğurla davam etdiririk. Heydər Əliyev əlbəttə, öz ölkəsinin və xalqının müstəsna patriotu, Azərbaycanda qan tökülməsinə son qoymuş və bugünkü Azərbaycanın əsasını yaratmış qeyri-adi və böyük insan idi. Bu, bizim münasibətlərimizin daha da möhkəmlənməsinin əlamətidir. Mən belə bir ordenin laureatı adını böyük şərəflə daşıyıram”.


  3. 11. Nursultan Nazarbayevlə Heydər Əliyevin başlatdığı dövlət siyasətinin təməli çox güclüdür. Bu gün bu təməli Azərbaycan prezidenti İlham Əiliyev və Qazaxıstan prezidenti Kasım-Comərd Tokayev daha da sarsılmaz edirlər!


Bütün bu tezislərin sonunda onu demək istəyirəm ki, Bilgə Nursultan Nazarbayevin adını  Qazaxıstanın və Türk dünyasının tarixindən  təbiətin tufanları, qasırğaları, xırda insanların xırda problemləri, bəzi sosial mübahisələr silə bilməyək. Nursultan Nazarbayev adı ilə tarix yaradıb.  Nursultan Nazarbayev   Kasım xan, Hak Nazar, Tauyeke, Kazıbek, Alaş Orda xanları  kimi öz adını xalqının silinməz tarixinə , türk dünyasının yaddaşına yazıb.


Bilgə Nursultan Nazarbayev! 81 yaşınız Kuttı bolsın! Birge bolamız!!!


Aida Eyvazlı GÖYTÜRK
2021, 06 iyul 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı