Modern.az

Deputatlar Bolqarıstan və Moldovada parlament seçkilərini izləyəcəklər

Deputatlar Bolqarıstan və Moldovada parlament seçkilərini izləyəcəklər

7 İyul 2021, 12:16

Deputatlar Bolqarıstan və Moldovada parlament seçkilərini izləyəcəklər.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcək.

 

Millət vəkili seçkiqabağı durum, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaq, seçkinin gedişatını izləyəcək, vətəndaşların fəallığını müşahidə edəcək.

 

Səfər iyulun 13-də başa çatacaq.

 

Həmçinin Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edəcəklər.

 

Deputatlar Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə komitəsinin, Jalə Əliyeva MDB Parlamentlərarası Assambleyasının xətti ilə, Elnur Allahverdiyev GUAM Parlament Assambleyasının missiyasında, Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi tərəfindən prosesə qatılacaqlar.

 

Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların fəallığını izləyəcəklər. Səfər iyulun 13-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı