Modern.az

Yeni telekanalın açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatdı - NAMİZƏDLƏR

Yeni telekanalın açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatdı - NAMİZƏDLƏR

Media

7 İyul 2021, 19:07

İyulun 7-də ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

 

MTRŞ-dan Modern.az-a bildirilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib.

 

 

 

"APA Mark" MMC;

"Təhsil TV" MMC;

"Balans Studiyası" MMC;

"İNS ÇM" MMC;

"İsti Press" MMC

"Medical Media" MMC

  • "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır