Modern.az

Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlandı

Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlandı

İqtisadiyyat

8 İyul 2021, 12:33

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlığına dair fəaliyyət planının maddələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, burada Azərbaycanın işğaldan azad edilən bölgələrində əməkdaşlığa dair prioritet fəaliyyət planları da yer alıb.

 

Həmin maddələri təqdim edirik:

 

1. Azərbaycanın işğaldan azad olunan bölgələri ilə bağlı ortofoto xəritələrinin hazırlanması məsələsində texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə

 

2. Azərbaycanda və işğaldan azad edilən bölgələrin yenidən inşasında Türkiyənin "Ağıllı şəhər" təcrübələrinin bölüşülməsi və bu sahədə əməkdaşlıq edilməsi - 2021-2022-ci illərdə

 

3. İşğaldan azad olunan bölgələrdəki abidələr üçün mümkün layihə sənədlərinin hazırlanması, eyni zamanda bərpa-konservasiya işlərində texniki və maliyyə dəstəyinin göstərilməsi - 2021-2022-ci illərdə

 
4. İşğaldan azad olunan bölgələrin yenidən əkinçilik üçün əlverişli hala gətirilməsi istiqamətində əməkdaşlıq edilməsi - 2021-ci ildə

 

5. İşğaldan azad olunan bölgələrdə "Yaşı enerji" konseptinin həyata keçirilməsi üçün əməkdaşlığın aparılması - 2021-2023-cü illərdə

 

6. Ortaq radiomerik və radioloji araşdırmaların aparılması - 2021-2025-ci illərdə

 

7. Yenidənqurma işlərinin maliyyələşdirilməsi ilə bağlı texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!