Modern.az

“Ölkədə AZAL-ı tənqid etməyən bir tək Cahangir Əsgərovun özü qalıb”

“Ölkədə AZAL-ı tənqid etməyən bir tək Cahangir Əsgərovun özü qalıb”

İqtisadiyyat

8 İyul 2021, 15:32

“Ölkədə AZAL-ı tənqid edtməyən bir tək Cahangir Əsgərov qalıb, amma yenə də heç bir dəyişiklik yoxdur, biletlər bahadır, inhisarçılıq davam edir. Yaxşı, hökumət AZAL-la bağlı qəti qərarlar vermir, bunu anladıq, amma heç olmasa ölkə daxilində rəqabətli mühit yaratsın ki, AZAL da qiymətləri endirməyə məcbur olsun”.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli AZAL-ın təyyarə biletləri barədə deyib.

Bəs rəqabəti mühitini necə yaratmaq olar?

“Çox sadə - məsələn, Lənkəran Hava Limanının tikintisinə 51,5 mln. dollar (indiki məzənnə ilə 87 mln. manata yaxın) pul xərclənib. Hava limanı demək olar ki, çalışmır, hər il onun  kommunal xərclərinə və işçilərin maaşına 5 mln. manata yaxın pul xərclənir (obyekt pul qazanmır). 2008-dən bəri Lənkəran Hava Limanının xərcləri az qala elə tikintiyə xərclənən qədər olub. İndi nə etmək olar: Lənkəran Hava Limanının AZAL-ın idarəçiliyindən tam çıxarılır, xarici şirkətlərdən birinə (Türkiyə şirkətlərinin marağı olduğunu bilirəm) idarəetməyə verilir və ən vacibi, uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan alınır”,-deyə N.Cəfərli bildirib.


Onun sözlərinə görə, AZAL rəhbərliyinin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmamalıdır:

“Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb olunur, ilkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilir, qiymətlər Bakı Hava Limanından, ən azı 2 dəfə ucuz olur. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Yəni, hökumət siyasi qərarlarla AZAL-a bata bilmirsə, heç olmasa, iqtisadi rəqabətlə AZAL-a çəki-düzən verə bilər”.

N.Cəfərli deyib ki, eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, payızda açılacaq Füzuli Hava limanlarında da təşkil etmək olar.

“Yəni, beynəlxalq rəqabətə qısqanclıqla yanaşan hökumət və AZAL rəhbərliyi, heç olmasa daxili rəqabətə imkan yarada bilər. Bu yolla regionlarda tikilən, büdcədən ayrılan on milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq. Çünki Azərbaycan hökumətinin “ağ fil” layihələri tək tikinti zamanı büdcəyə yük olmur, sonra da yük olmaqda, xərc aparmaqda davam edir”...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi