Modern.az

Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi qəbul olundu

Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi qəbul olundu

9 İyul 2021, 12:22

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında qanunverici orqanın İntizam komissiyasının Əsasnaməsi haqqında sənəd müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, sənəd 9 maddədən ibarətdir.

Əsasnamə İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir.

Yeni sənəddə İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi