Arxiv
9 İyul 2021, 13:12 | ƏDƏBİYYAT
“Qarabağ Dastanı”: otuz ilin həsrəti - 44 günün zəfəri... 

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsindən bəhs edilən “Qarabağ Dastanı” kitabı hazırlanıb.

 

Modern.az xəbər verir ki, kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib.

 

İşğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz xatirələrə xüsusi yer verilib.

 

Qeyd edək ki, kitabın redaktoru və ön söz müəllifi Yazıçılar Birliyinin katibi Rəşad Məcid, ideya müəllifi isə Yazıçılar Birliyinin sədri Anar Rzayevdir.

 

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv