Modern.az

Ötən il dünyada 110 jurnalist öldürülüb

Ötən il dünyada 110 jurnalist öldürülüb

Təhsil

11 Fevral 2010, 11:03

2009-cu ildə dünyada rekord sayda jurnalist öldürülüb. Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) 2009-cu illə bağlə hesabatında bildirilib. Jurnalistlər peşə fəaliyyətini yerinə yetirən zaman öldürülüblər. BMİ-nin hesabatına görə, Asiya keçən il ən çox jurnalistin öldürüldüyü qitədir. İl ərzində burada 55 jurnalist həlak olub. Asiyanı 28 jurnalistlə Latın Amerikası izləyir. Daha sonrakı yerləri Afrika (14) və Yaxın Şərq (6) tutur.
Keçən il Avropada 7 jurnalist öldürülüb. Hesabatda Rusiyada 5, Türkiyədə 1, Azərbaycanda 1 jurnalistin həyatını itirdiyi vurğulanıb. BMİ-nin məlumatına görə, dünyada son 10 ildə ümumilikdə öldürülən jurnalist sayı 735-dir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir