Modern.az

Varşavadakı Azərbaycan Evində dil kursları keçirilir

Varşavadakı Azərbaycan Evində dil kursları keçirilir

Diaspor

9 İyul 2021, 14:50

Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyilə Varşava şəhərində yaşayan soydaşlarımızın yerli ictimaiyyətə sıx inteqrasiya etməsi məqsədilə polyak dili kurslarına start verilib.

 

Modern.az xəbər verir ki, layihənin gerçəkləşdirilməsi zamanı müxtəlif sahələrdə çalışan və təhsil alan həmvətənlərimizin polyak dilini ədəbi səviyyədə öyrənmək və danışıq qabiliyyətlərini təkmilləşdirmək istəkləri nəzərə alınıb.

 

Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evində təşkil edilən kurslarda soydaşımız Ələsgər Məmmədovun iştirakı ilə aparılan polyak dili kursları həmvətənlərimiz tərəfindən böyük rəğbətlə qarşılanıb. Dərslər Polşa qanunvericiliyinə və pandemiya ilə bağlı şərtlərə uyğun şəkildə həyata keçirilir. 

 

Polşa Azərbaycanlıları Şurasının sosial şəbəkə hesabları üzərindən dil kursları ilə bağlı mütəmadi olaraq paylaşımlar edilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!