Modern.az

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri yol qəzasında həlak olub

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri yol qəzasında həlak olub

11 Fevral 2010, 11:27

Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Şöbəsinin təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət xadimi, professor Leyla Axundzadə yol qəzasında həlak olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, L.Axundzadə uzun illər Azərbaycan İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında pedoqoji fəaliyyətlə məşğul olub.
Hadisə dünən axşam saat 19.00 radələrində Elmlər Akademiyası metrostansiyası qarşısında baş verib. Şəxsi avtomobilini yolun kənarında saxlayaraq qarşı tərəfə keçmək istəyən L.Axundzadə 70 saylı sərnişin avtobusunun zərbəsinə tuş gəlib. Zərbə güclü olduğundan incəsənət xadimi hadisə yerində dünyasını dəyişib.
Avtobusun sürücüsü könüllü təslim olub. Bu, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Eyvaz Məhərrəm oğlu Əliyevdir. Faktla bağlı AR CM-nin müvafiq maddəsi ilə cinyət işi açılıb. L.Axundzadə ilə vida mərasimi Təzə Pir məscidində olacaq. O, Fatmayi qəbiristanlığında dəfn olunacaq.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı