Modern.az

Blogerə 11 ildən sonra Azərbaycana gəlməyə icazə verildi - Prezidentə təşəkkür etdi

Blogerə 11 ildən sonra Azərbaycana gəlməyə icazə verildi - Prezidentə təşəkkür etdi

Media

11 İyul 2021, 15:41

“11 ildən sonra artıq doğma vətəndəyəm!”.

Modern.az xəbər verir ki, bunu uzun illərdir Fransada mühacir həyatı yaşayan azərbaycanlı fəal, jurnalist-bloger Elnur Məcidli bildirib.


“Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!”.

Əslən Cəbrayıl rayonundan olan E.Məcidli bildirib ki, Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.

“Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır.

Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür.

Parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir.

Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər.

Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın”.


Qeyd edək ki, E.Məcidli 2011-ci ildə sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel-Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçısı qismində tanınaraq, barəsində cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.

Sonradan Baş Prokurorluq məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırıldığını bəyan edib.

 
A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı