Modern.az

Eks-nazir üç səfirlə bağlı maraqlı təşəbbüs irəli sürdü: “Şuşaya gedənə qədər təcrid olunsunlar!”

Eks-nazir üç səfirlə bağlı maraqlı təşəbbüs irəli sürdü: “Şuşaya gedənə qədər təcrid olunsunlar!”

12 İyul 2021, 11:05

İyulun 9-da rəsmi Bakının dəvəti ilə ölkəmizdəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər.

Ancaq Rusiya, Fransa və ABŞ səfirləri bu səfərə qatılmadılar.


Bəzi siyasi ekspertlərin fikrincə, səfirlər Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin imtinası əslində siyasi və diplomatik demarş kimi qiymətləndirilə bilər.

Rusiya, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir.


Modern.az xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov adları çəkilən səfirlərlə bağlı təşəbbüs irəli sürüb:


"Minsk qrupu tamamilə ölüb... 3 dövlətin səfiri Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qalmalıdırlar. Onlar rəsmi qəbullara çağırılmamalı və hər hansı bir tədbirə dəvətləri rədd edilməlidir. Bu qaydanı pozan hər kəs mediada tənqid olunmalıdır".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür