Modern.az

Səmayə Məmmədovaya bu qurumda VƏZİFƏ VERİLDİ

Səmayə Məmmədovaya bu qurumda VƏZİFƏ VERİLDİ

12 İyul 2021, 15:15

Bir müddət əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrılan Səmayə Məmmədova Bakı Nəqliyyat Agentliyində (BNA) işə başlayıb.

 

Modern.az-ın məlumatına görə, S.Məmmədova Agentlikdə PR işlərini həyata keçiriəcək.

 

S.Məmmədova bu barədə fikirlərini də bölüşüb:

 

“Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün çox minnətdaram! Seçimim Bakı Nəqliyyat Agentliyi (BNA) oldu. Bu qurumda fəaliyyətimi hamımızın sevimlisi Mais Ağayevlə çiyin-çiyinə davam etdirəcəm. Bundan sonrakı fəaliyyətimizdə qurumun PR məsələlərinə mən rəhbərlik edəcəm. Mais Ağayev isə hər zaman olduğu kimi mətbuat katibi funksiyalarını davam etdirəcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?