Arxiv
13 İyul 2021, 11:58 | DİASPOR
İtaliya mediasında Oxçuçay fəlakətindən bəhs edildi

İtaliyada fəaliyyət göstərən Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin üzvü Tünzalə Məmmədovanın təşəbbüsü ilə bu ölkənin https://www.politicamentecorretto.com xəbər saytında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə yerləşdirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisindən keçən və ölkəmizin su təminatının təchizində böyük rol oynayan Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkəti tərəfindən dəhşətli çirklənməyə məruz qalması barədə ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, Azərbaycan tərəfi bu ekoloji cinayətə görə Ermənistandan ciddi şəkildə cavab tələb edib, rəsmi İrəvanın bu ekoloji cinayətini dünya ictimaiyyətinin nəzərinə çatdırıb və Oxçuçay cinayətinə cavabdehlik daşıyanlardan biri olan "Cronimet" şirkətinə görə Almaniya hökümətinə müraciət edib.

 

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

 

https://www.politicamentecorretto.com/2021/07/10/okchuchay-river-i/

 

İtaliya mediasında Oxçuçay fəlakətindən bəhs edilib - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv