Modern.az

Bakı metrosunda maşinistlərin maaşı niyə AZALIB...

Bakı metrosunda maşinistlərin maaşı niyə AZALIB...

13 İyul 2021, 16:26

“Metropolitenin əməkhaqqı verilməsi prosesində özünəməxsus qaydaları var. İlk növbədə, məvaciblərin ödənilməsi tarif üzrə həyata keçirilir. Bu prosesdə heç bir azalma olmayıb”.

 

Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov maşinistlərin əməkhaqlarının azaldılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

 

O bildirib ki, “Bakı Metropoliteni”ndə iş xüsusiyyətlərinə görə maşinistlərə əlavə ödənişlər edilir:

“Qanunvericiliyə uyğun olaraq, gecə növbəsində, ağır əmək şəraitində çalışanlar və digər işlərdə işləyən şəxslərə maaşlarına əlavə hesablanır. Pandemiya dövründə əgər işçi gecə növbəsinə çıxırsa, pandemiyadan asılı olmayaraq, həmin şəxslərə maaşa əlavələr ödənilib. Pandemiya dövründə metropolitenin fəaliyyətində müəyyən məhdudiyyətlər var idi. Ona görə də gecə növbəsində işə çıxmayan maşinistlərə əlavə ödənişlər hesablanmırdı”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi