İkinci Fəxri Xiyabanda Azərbaycanın ilk şəhid generalı Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ildönümü münasibətilə anım mərasimi keçirilib.

 
Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər ikisinə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Modernaz Trend-ə istinadən anım ərasimindən fotoları təqdim edir: