Modern.az

Qurban bayramı ilə bağlı ictimai nəqliyyat 4 gün İŞLƏMƏYƏCƏK

Qurban bayramı ilə bağlı ictimai nəqliyyat 4 gün İŞLƏMƏYƏCƏK

14 İyul 2021, 12:27

Bayram günlərində ictimai nəqliyyata dair yeni qərar qəbul olunub.

Nazirlər Kabientindən Modern.az-a verilən məlumata görə, 18, 19, 20, 21 iyulu əhatə edən bayram günlərində Azərbaycanda ictimai nəqliyyat, o cümlədən “Bakı Metropoloteni” fəaliyyət göstərməyəcək.


Xatırladaq ki, Baş nazir Əli Əsədovun “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” imzaladığı qərara əsasən, Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır