Modern.az

“Zəfər yolunda”n gələn xoş soraq

“Zəfər yolunda”n gələn xoş soraq

14 İyul 2021, 14:34

Bakının yeddinci mikroroyonundakı tədris ocaqlarından birinin iclas zalında İkinci Qarabağ Müharibəsində Cəbrayıl rayonundan olan şəhidlərimizdən bəhs edən “Zəfər yolunda” adlı kitabın təqdimat mərasimi keçirilib/

Modern.az xəbər verir ki, tədbirdə şəhidlərimizin xatirəsi bir dəqidəlik sükutla yad edildikdən sonra Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətənin azadlığı və işğala məruz qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə canlarını vətən yolunda qurban verən 35 vətən övladının həyat və döyüş yollarına işıq salan “Zəfər yolunda” adlı kitabın şəhidlərimizə yönəlik ehtiram hissinin bariz nümunəsi olduğunu vurğulayıb, işğaldan azad edilən Cəbrayıla qayıdışdan sonra da şəhid ailələrinin həmişə diqqət mərkəzində olacağını bildirib, cəmi şəhidlərimizə rəhmət diləyib.

 
 Kitabın həmmüəllifi şair-publisist İsmayıl İmanzadə rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və mənəvi dəstəyi ilə qələmə alınan nəşrdə zəhmətləri olan Milli Məclisin üzvü Ceyhun Məmmədova, onun köməkçisi Rəşad Quliyevə, ön sözün müəllifi, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfliyə, “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyevə və “Təknur” nəşriyyatının direktoru Ələkbər Məmmədova minnətdarlığını bildirib. O, vətənpərvərlik mözusunda yazdığı bir şeirini da səsləndirib. Kitabın həmmüəllifi, filalogiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı da çıxışında bundan sonrakı vaxtlarda da şəhid ailələrinə, onların qəhrəman övladlarına göstərilən ehtiram hissinin vacibliyindən söz açıb.


Millət vəkili Ceyhun Məmmədov şəhid ailələri ilə müntəzəm olaraq görüşdüyünü, Vətənə qeyrətli oğullar bəxş edən ata və anaların qarşısında baş əydiyini dilə gətirib, düşmənlə döyüşlərdə şəhidlik zirvəsinə ucalan ərənlərimizin gələcək nəsillərə nümunə olduğunu vurğulayıb.

  
Tədbirdə şəhid komandiri  Ramiz Hacıyevin atası Nəriman kişi və şəhid Zamiq Rəhimovun atası Vahid Rəhimov, Şəhid ailələri və Müharibə Veteranları təşkilatının sədri Səbuhi Hüseynov, Müharibə Veteranları və Qaziləri Təşkilatının sədri İxtiyar Hüseynov, tanınmış rayon ziyalısı Fuad Şəhriyaroğlu və  Birinci Qarabağ Müharibəsi veteranı, tanınmış ziyalı  Vaqif Əlisoy üseynovHüseynov,HHh çıxışlarında şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, doğma ata ocaqlarına qayıdışla ilgili arzularından bəhs edib, təqdimat mərasimi keçirilən kitabın ərsəyə gəlməsidə zəhməti olanlara razılıqlarını bildirib.

   
Respublika Ağsaqqalları Şurası rayon şöbəsinin sədri, ehtiyatda olan polis polkovniki Vaqif Məhərrəmov öz həyatlarından keşməklə Vətənə oğulluq borclarını artıqlaması ilə qaytaran şəhidlərimizin parlaq xatirələrinin xalqımız və dövlətimiz üçün həmişə əziz olacağını bildirmiş, şəhdlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

 
Birinci sinif şagirdi Nuray və şairə Elmira Turan şəhidlərə həsr etdikləri şeirlərini oxuyub, şəhid ailələrinə və tədbir iştirakçılarına “Zəfər yolunda” kitabı təqdim edilib. Sonda şəhid ailələri və mərasim iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi