Modern.az

Prezident Kəmaləddin Heydərovla bağlı sərəncam İMZALADI

Prezident Kəmaləddin Heydərovla bağlı sərəncam İMZALADI

14 İyul 2021, 16:10

Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

60 yaşını tamam  olan general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikasının fövqəladə hallar naziridir.

Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan şəhərində anadan olub.

Bakı Dövlət Universiteti (keçmiş Azərbaycan Dövlət Universiteti) və Azərbaycan Universitetini bitirib.

1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqalədə hallar naziri vəzifəsinə təyin edilib.

Ailəlidir. 2 oğlu var.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü