Modern.az

7 nəfər dəm qazından boğulub

7 nəfər dəm qazından boğulub

11 Fevral 2010, 14:26

Fevralın 10-da Bakıda və Sumqayıtda 7 nəfər dəm qazından boğulub. Modern.az-ın məlumatına görə. bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Yasamal rayonu S.Rəhimov küçəsi ev 60-da yaşayan İbrahim Mütəllibzadə evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.      
 Sumqayıt şəhəri 17-ci mikrorayon ev 22-də yaşayan Vəfa İbayeva də mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Sumqayıt şəhəri 8-ci mikrorayon ev 26/11-də yaşayanlar Bəsti Muradova, Kamilə Muradova, Gülnar Şirəliyeva və Elxan Şirəliyev mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Sumqayıt şəhəri 4-cü mikrorayon ev 19/27-də yaşayan Bəylər Cəfərovun da xəstəxanaya gətirilməsinə səbəb evində dəm qazından zəhərlənmədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi