Modern.az

“Elə bilirlər ki, mənə qarşı qarayaxma kampaniyasından yaxşı xal qazanacaqlar” - Deputatla MÜSAHİBƏ

“Elə bilirlər ki, mənə qarşı qarayaxma kampaniyasından yaxşı xal qazanacaqlar” - Deputatla MÜSAHİBƏ

17 İyul 2021, 09:13

Son vaxtla ailə məsələlərilə bağlı adı medianın gündəmində olan Milli Məclisin deputatı Ramil Həsən Modern.az-a müsahibə verib.
Onunla söhbəti təqdim edirik:


- Ramil bəy, biz sizi TÜRKPA-nın baş katibi olduğunuz vaxtlardan xatırlayırıq. Uzun bir aradan  sonra isə Azərbaycana qayıtdınız.  Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyiniz irəli sürülüb. O zaman içinizdə hər hansı tərəddüdünüz oldumu? Çünki uzun illər idi ki, Azərbaycanda deyildiniz.

- Mən hər zaman demişəm ki, biz cənab prezidentin əsgərləriyik. Əsgərin  hücum zonaları, əsgəri bölməsi dəyişdiriləndə onun üçün fərq etməməlidir.  Diplomat və siyasətçi də belə olmalıdır. Dövlətə uyğun yerdə fəaliyyət göstərməlisən. 


-  Son dönəmlər bütün sahələrdə savadlı və gənc kadrlar önə çəkilir. Parlamentdə də artıq gənclərə üstünlük verilir. Parlamentdəki  bəzi gənc həmkarlarınızdan narazılıqlar olur. Xüsusilə təcrübəsizlik kimi məsələlər qabardılır. Bəs siz gənc deputatların işini necə qiymətləndirirsiniz? Parlamentdə təmsil olunan  gənc deputat işini necə qurmalıdır? Bütün hallarda susmağa üstünlük verilməsi nə dərəcədə doğrudur?

- Gənclər həyat, fəlsəfə baxımından dinamik və enerjilidirlər. Bu enerji və dinamik imkanlarını ölkənin maraqları naminə sərf etsələr,  özləri və ölkə üçün faydalı olar. Milli Məclisdə altıncı çağırış üzrə gənclərin həm fəallığı, həm də say tərkibi digərlərindən daha çoxdur. Bu da imkan verir ki,  parlamentin fəallığı hiss olunsun.  Siyasət və ya biznesin özünün marketinq, yəni bazarlaması var. Yaxşı işlər görüb media idarə etmə mexanizin yoxdursa, siz o işi doğru şəkildə, ictimaiyyətin anlaya biləcəyi kimi təqdim etməkdə  çətinlik çəkəcəksiniz. Nümunə üçün deyək ki, seçicilərlə bağlı apardığınız uğurlu fəaliyyət  Azərbaycan mediasında  doğru  təqdim olunmur. Deyə bilərki ki, iki istiqamət var: birincisi, yaxşı görmüş olduğu işi media və ictimaiyyətə dolğun təqdim edən və fəaliyyətini, zəhmətini qiymətləndirməyi bacaran marketinq siyasətinə sahib olan millət vəkilləri.
İkincisi isə əzab-əziyyət çəkən, seçicisi üçün sözün həqiqi mənasında canını qoyan  ancaq gördüyü işləri olduğu kimi ictimaiyyətə çatdırmağa obyektiv və subyektiv şəkildə çətinlik çəkən millət vəklləri...

İctimaiyyətdə bəzən fikirlər səsləndirilir ki, hansısa deputat yaxşı işləmir, ancaq gedib o deputatın fəaliyyətinə  nəzərə yetirsək ,yaxşı işlər yürütdüyünü  görəcəyik. Bu yanlış təqdimat yox, təqdimatda yetərsizlikdir. Fəaliyyətin aynasını media təşkil edir. 


- Bəs yaşlı deputatlar  gənc həmkarlara necə yanaşır?  Aydın məsələdir ki, onların  parlament təcrübəsi çoxdur. Sizcə gənclərə dəstək olurlarmı?      

- Bəli, məsləhətləşmələr edirik. Parlamentin işləmə mexanizmini onlardan öyrənmişəm. Mən özümdən nəsə kəşf etmək yerinə təcrübəli ağsaqqalla məsləhətləşirəm və bunun da mənə faydası olduğunu görürəm.  


- Siz həm mediaya açıqsınız, həm də  fikirlərinizdə səmimi insansınız.  Bəzən olub ki, sizin şəxsi məsələləriniz mediaya  daha çox sızdırılıb. Bu cür məsələlərə necə reaksiya verirsiniz?

- Bildiyiniz kimi, mən bütün məsələlərə açıq-aydın cavab verirəm.  Hər birimiz alışmalıyıq ki, Azərbaycan hüquq dövlətidir və hüquq dövləti olduğu üçün siyasi hüquqla bərabər, insanların şəxsi azadlıqları da qorunur. Konstitutsiyanın müvafiq qanunlarına uyğun olaraq hər bir insanın və ailəsinin həyatı toxunulmazdır. 


- Bəzən deyirlər ki, siyasət şoudur və bəzi insanlar bu şounun mərkəzində olmaq üçün bu kimi məsələlər yaradırlar. Bəs maraqlıdır, sizin şəxsi məsələləri kim atır ortalığa?        
     

- Mən düşünmürəm ki, şou yaratmağıma ehtiyac olsun.  Bizim şoudan çox fəaliyyət göstərməyimizə ehtiyac var.  90 minə yaxın əhalisi olan Ucar rayonu üçün  gecə-gündüz demədən fəxrlə çalışıram və seçicilərim də bunu çox gözəl bilir. 

Mən Azərbaycan  və Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çıxması ilə bağlı  cənab prezidentin həyata keçirmiş olduğu xətti dəstəkləyirəm. Türkiyə ilə daha  da yaxınlaşmağımız  və müttəfiqliq səviyyəsində münasibətlərin güclənməsinin qəti tərəfdarıyam və fəxr edirəm. Çünki bugünkü günümüz və gələcək üçün  Azərbaycan və Türkiyənin  bölgədə güclü olması bizim üçün həyatı əhəmiyyətə bərabərdir.  Qəbul etmək lazımdır ki, cənab prezident qədər heç kəs informasiyaya sahib deyil.  Hücum strategiyasının banisi olmaqla bərabər,  hücum diplomatiyasının və xarici mediadakı uğurların, eləcə də digər maneələri  yarmaqla bağlı taktikanın banisi cənab prezident İlham Əliyevdir. Onun almış olduğu informasiyalar heç birimizdə yoxdur.  Prezidentin vermiş olduğu hədəflər bizim üçün yol xəritəsidir. 

Şuşa Bəyannaməsində cənab prezident  bunu xüsusi ilə vurğuladı.  Bu gün imzaladığımız tarix müttəfiqlik münasibətləri bizim əcdadlarımıza olan sadiqliyimizi və gələcək nəsillər üçün yol xəritəsini göstərir. Gənclik və uşaqlıq illərimdən mənsub olduğum millətlə  fəxr etmişəm, düşünürəm ki, hər bir kəs vətəni ilə fəxr etməlidir. Bu nə radikalizmdir, nə də faşizm. Başqa dövlətlərə hörmətlə, sevgilə yanaşmaqla bərabər, öz ölkənlə qürur duymalısan. Mənim liberal düşüncəyə sahib olmağım və cənab prezidentin siyasətinə bağlılığım göz önündədir. 
Bu gün Şuşa və digər azad olunmuş bölgələrimiz atəşə tutulur, bu siyasətin fonunda fəaliyyət göstərən aktiv şəxs kimi deyərdim ki müəyyən hücumların olması labüddür. Mən prezidentimizin tam dəstəkçisiyəm. 


- Elə təqdim olunursuz ki, sanki siz qanunları pozan, qanunların əksinə gedən birisiniz. Bununla razılaşırsızmı?

- Onun əksini yazanlar da var. Ümumiyyətlə, vəziyyətin reallığını öyrənmək istəmək çətin  bir şey deyil. Azərbaycanda minlərlə ailə göstərə bilərik ki, boşanıb yenidən ailə qurublar. Mən xaricdəki fəaliyyətimi bitirib cənab prezidentin böyük etimadı ilə YAP-da gənclər təşkilatının sədri seçilmişəm və Azərbaycana qayıtmışam.  Seçki kampaniyasında iştirak  etmişəm. Qarşı tərəf haqsız duruma düşdüyünü, mənim Milli Məclisin deputatı və siyasətlə məşğul olduğumu bildiyinə görə düşünür ki, qarayaxma kampaniyasından yaxşı xal qazana bilər. “Bu vasitə ilə də müxtəlif  dövlət qurumlarına təzyiq edə bilərik"  metodundan istifadə edə bilmələrinin bariz nümunəsidir. Hüquq müstəvisində  mən tərəf deyiləm, müzakirə və mübahisənin predmeti deyiləm. Ana ilə uşağın bioloji atası arasında hüquq çatışmazlığı söhbəti var. Mən bazarda adi bir satıcı işləsəydim, bu məsələ belə böyüməzdi.

Bir neçə gün bundan qabaq prezident tarixi açıqlamalar verdi. Qərbi Zəngəzurda doğulmuşam. İctimai-siyasi məsələlərdə aktiv şəkildə fəaliyyətimiz və bu proseslərdə iştirakımız lazımdır ki, cənab prezidentin  konkret qoymuş olduğu hədəflərə kömək edək. Prezident Zəgəzur deyəndə o siyasəti dəstəkləyən adamların əleyhinə başlayırlar  kampaniya həyata keçirməyə. Türkiyə deyiləndə də eyni kampaniya başlayır.  Azərbaycan-Türkiyə münasibətlərində köməkçi kimi rol oynamaqdan qürur duyuram . Bu yolun qəti şəkildə tərəfdarıyam ki, ölkə rəhbərinin dediyi kimi,  birlikdə və bərabər addımlayaq.  Birlik və bərabərliyimiz heç kimə yönəlmir, bizə qarşı yönələn və yönəlməyə cəhd edənlərin qarşısını almağa yönəlir. Mənə qarşı qarayaxma kampaniyası təşkil edənlərə milli siyasəti və ideologiyanı , cənab prezidentin həyata keçirmiş olduğu milli hədəfləri dəstəkləməyi tövsiyə edirəm. Yaddan çıxarmamaq lazımdır ki, şəxsi həyat və ailə ilə bağlı intriqalar, cəhdlər, şantajlar , insanın şərəf və ləyaqətini tapdalayan faktorlarla məşğul olmaq qanun qarşısında məsuliyyətdir. Dövlətə və millətə xidmət edən bir şəxs kimi qanunlardan kənara çıxmaq kimi niyyətim olmayıb, ola da bilməz. 


- Parlamentin tribunasında çıxış edirsiz, amma az danışırsınız. Bildiyimizə görə, seçicilərlə mütəmadi olaraq ünsiyyətdə olursunuz. Əsasən hansı problemlər var? 

- Ən böyük problem Ucar rayonundakı susuzluqdur. Obyektiv cəhətdən problem odur ki, Ermənistanla müharibə zamanı müxtəlif kanallar zərər görüb və suyun səviyyəsi aşağı enib. Torpağın şoranlaşmasının qarşısını almaq üçün numerativ işlər aparılmalıdır. O işlər də uzun müddətdir aparılmadığı üçün torpağı şoran olan Ucar torpağı daha da şoranlaşdı. İnsanlar əkinçiliklə, təsərrüfatla məşğul olub dolanırlar. Su olmasa necə dolanacaqlar.  İçməli su problemi də var. Kəndlərə bulaqlar qoyulur, gəlib o bulaqları kəsirlər. Kəsmək yerinə sayğac qoysunlar ki, israfcılıq etməsinlər. Bunların hamısı savadsız şəkildə işə yanaşılmadan qaynaqlanır. Ucardakı digər problem bir dənə belə olsun idman kompleksinin olmamasıdır. Dövlət planına düşmüş məktəblərin təmiri də inanıram ki, tez bir zamanda həyata keçirələcək. 



Namidə Bingöl
Humay isgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır