Modern.az

55 uşaq övladlığa verildi, 31-i ailələrinə QAYTARILDI

55 uşaq övladlığa verildi, 31-i ailələrinə QAYTARILDI

Ölkə

17 İyul 2021, 09:47

2021-ci ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, bu müddətdə sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb. Onlardan 11-i qız, 20-si oğlandır.

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!