Modern.az

Azərbaycanın Qazaxıstandakı yeni səfiri kimdir? - DOSYE

Azərbaycanın Qazaxıstandakı yeni səfiri kimdir? - DOSYE

17 İyul 2021, 11:28

Prezident İlham Əliyev iyulun 16-da imzaladığı sərəncamlarla Azərbaycanın Qazaxıstan Respublikasındakı səfiri dəyişib.

Modern.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Rəşad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bəs yeni səfir kimdir?

Modern.az saytına verilən məlumatda Ağalar Atamoğlanovun əslən Quba rayonundan olduğu bildirilib. Onun uzun illərdir diplomatiya sahəsində çalışdığı qeyd olunur.

A.Atamoğlanov əvəllər Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində də işləyib.

2001-ci ildə isə Azərbaycanın Türkiyədəki səfirliyində çalışıb. 2019-cu ilin iyulundda ona ölkə başçısının sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Son təyinata qədər isə A.Atamoğlanov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müşaviri vəzifəsini tutub.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi