Modern.az

Misirdə Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirildi

Misirdə Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirildi

Ədəbi̇yyat

18 İyul 2021, 15:14

Qahirədə ölkəmizin Misirdəki səfirliyi və EPS dillər mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan dili kurslarında təhsil alan misirli gənc qızlar dövlət himnimizi ifa ediblər.


Tədbirdə çıxış edən səfirliyin əməkdaşı Emil Rəhimli dahi Nizaminin həyat və yaradıcılığından danışıb. O qeyd edib ki, Şərq poeziyasının və fəlsəfi fikrinin intibah dövrünün ən böyük nümayəndələrindən biri olmuş şairin yubileyi münasibətilə Misirdə silsilə tədbirlər keçirilir.


EPS dillər mərkəzinin rəhbəri İsra Adil bildirib ki, Şərq ədəbiyyatı və fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən olmuş Nizami Gəncəvinin yubileyi münasibətilə tədbirlər dil kurslarına gələn gənclərə Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında dərin biliklər verməyə kömək edir. O diqqətə çatdırıb ki, Azərbaycan dilini öyrənən tələbələr dahi şairin əsərlərini ana dilimizdə oxuya bilirlər.


Sonra misirli gənclər Nizaminin “Leyli və Məcnun” poeması əsasında hazırlanan kiçik tamaşanı təqdim ediblər.


Tamaşanı hazırlayan və rolları ifa edən tələbələrə səfirlik tərəfindən qiymətli hədiyyələr və təşəkkürnamə təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...