Modern.az

Timoşenko danışdı

Timoşenko danışdı

11 Fevral 2010, 17:07

Ukraynada keçirilmiş prezident seçkilərində məğlub olmuş baş nazir Yuliya Timoşenko bu gün ilk dəfə mətbuata açıqlama verib. Modern.az Ükrayna mətbuatına istinadən xəbər verir ki, Timoşenko son iki günə nəzərdə  tutulmuş mətbuat konfranslarını təxirə salıb. Bu gün isə Timoşenko Kiyevdə hökumətin iclasını keçirib. Baş nazir mətbuata  ilk açıqlamasında isə rəqibi Viktor Yanukoviçi tənqid edib. Onun sözlərinə görə, Yanukoviç sosial sahədə vermiş olduğu vədlərə əməl etməyəcək. “Yanukoviçin komandasındı təmsil olunanlardan heç kim hər hansı sosial standatları yüksəltməyə hazırlaşmır. Bütün bunlar Yanukoviçin seçkiönü piarıdır”,-deyə Timoşenko bildirib.

 

Yuliya Timoşenko Blokunun liderlərindən, baş nazirin birinci müavini Aleksandr Turçinov isə bəyan edib ki, Timoşenko istefa vermək niyyətində deyil. Onun sözlərinə görə, Timoşenkonun istefası yalnız yeni koalisiya yarandığı təqdirdə mümkündür. Turçinov qeyd edib ki, Ali Radada yeni koalisiya yaradılmayacaq, çünki kommunistlər Viktor Yuşşenkonun deputat tərəfdarları ilə rəsmi  ittifaqa getməyəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir