Modern.az

BDU-nun dosenti Yaşar Məmmədli vəfat edib

BDU-nun dosenti Yaşar Məmmədli vəfat edib

20 İyul 2021, 14:20

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

Bu barədə Modern.az-a Universitetdən məlumat verilib.

64 yaşlı Yaşar Məmmədlinin qaraciyər xsətəliyindən dünyasını dəyişdiyi bildirilir.

Y.Məmmədli Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuşdu. 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti idi.

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...