Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.
Bu barədə Modern.az-a Universitetdən məlumat verilib.
64 yaşlı Yaşar Məmmədlinin qaraciyər xsətəliyindən dünyasını dəyişdiyi bildirilir.
Y.Məmmədli Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuşdu. 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti idi.
Allah rəhmət eləsin...