Modern.az

Təzəpir məscidində bayram namazı qılınıb

Təzəpir məscidində bayram namazı qılınıb

21 İyul 2021, 09:38

Bu gün səhər saatlarında Bakıdakı Təzəpir məscidində Qurban bayramının namazı qılınıb.

Modern.az-ın məlumatına görə, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, artıq ikinci gündür Azərbaycanda Qurban bayramı qeyd edilir. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə görə, Azərbaycanda qurban kəsilməsi üç gün - 20, 21 və 22 iyulda davam edə bilər.

Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar 18-21 iyul qeyri-iş günləridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi