Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Modern.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar geriləyərək 69,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 67,42 dollar olub.
Azərbaycan nefti isə ucuzlaşıb.
Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 69,32 dollar təşkil edib.