Modern.az

Canlı yayımda DAVA: Sabiq nazir müavini döyüldü - VİDEO

Canlı yayımda DAVA: Sabiq nazir müavini döyüldü - VİDEO

21 İyul 2021, 18:44

Moldova daxili işlər nazirinin keçmiş müavini Qennadi Kosovanla prezident Maya Sandunun sabiq müşaviri Sergey Tofilat arasında dava düşüb.

 

Modern.az xəbər verir ki, insident “Jurnal TV”nin canlı efirində baş verib.

  

Belə ki, tərəflərin bir-birilərinə qarşı kəskin ittihamlar səsləndirməsi dava ilə nəticələnib. 

 

Mübahisə zamanı sabiq nazir su ilə dolu qabı Sergey Tofilatın üzərinə atıb. Bundan qəzəblənən keçmiş müşavir Kosovanu döyməyə başlayıb. Eks-nazir müavini aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb. 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu