Modern.az

BOK altı idman növünü rəsmən tanıdı  

BOK altı idman növünü rəsmən tanıdı  

21 İyul 2021, 19:42

Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən rəsmən tanınıb.

 

Modern.az xəbər verir ki, bu barədə qərar BOK-un Yaponiyanın paytaxtı Tokioda keçirilən 138-ci sessiyasında qəbul olunub.

 

Məlumata görə, Beynəlxalq Sambo Federasiyası, Beynəlxalq Çirlidinq Şurası, Beynəlxalq Muay-tay Assosiasiyası Federasiyası, Beynəlxalq Aysştok İdmanı Federasiyası, Dünya Lakross Federasiyası və Dünya Kikboksinq Təşkilatı Assosiasiyası BOK tərəfindən rəsmən tanınıb.

 

Tanınmış idman qurumlarının bəzilərinin idmançıları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

 

Qeyd edək ki, altı idman növündən yalnız biri - aysştok qış idman növüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi