Modern.az

Beynəlxalq Valyuta Fondundan ümidli proqnoz

Beynəlxalq Valyuta Fondundan ümidli proqnoz

21 İyul 2021, 20:34

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun delta növünün yayılmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının "sürətli bərpasını" proqnozlaşdırmağa davam edir.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonun Peterson Universitetində çıxışı zamanı BVF-nin direktoru Kristalina Georqiyeva deyib.

 

K.Georqiyeva bildirib: "Əlbətdə ki, yeni "Delta" ştammının bizə bir qədər narahatlıq yaradmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırıq".

 

Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə qaldı - 6 faiz:

 

"Apreldə 6 faiz idi, iyulda da 6 faiz səviyyəsində qaldı. Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir