Modern.az

Millimiz Tokioda məşqə çıxdı

Millimiz Tokioda məşqə çıxdı

21 İyul 2021, 20:51

Cüdo üzrə yığma komadamız Yaponiyanın paytaxtı Tokioda məşqə çıxıb.

 

Modern.az xəbər verir ki, komandamızın məşqi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da millimizin məşqini izləyib.

 

Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 9:00-da keçiriləcək. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

 

Cüdoçularımızdan tatamiyə əvvəlcə Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq.

Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir