Modern.az

İranda etirazlar: 14 polis yaralandı, ölən var

İranda etirazlar: 14 polis yaralandı, ölən var

Dünya

21 İyul 2021, 21:21

İranın Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyasında yerli sakin güllələnib.

 

Modern.az “Fars” agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyası içməli su çatışmazlığı ilə bağlı keçirilib.

 

Aksiyanın dağıdılması zamanı polis əməkdaşlarının açdığı atəş nəticəsində bir nəfər yaralanıb. Həmin şəxs xəstəxanada dünyasını dəyişib.

Daha 14 polis əməkdaşının yaralandığı bildirilib. Onların bəziləri xəstəxanaya yerləşdirilib.

 

Yerli hakimiyyət aksiyalarda daha üç nəfərin öldüyü barədə yayılan xəbərləri təkzib edib.

 

Qeyd edək ki, İranda son on ildə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhərində içməli su qıtlığı yaranıb.

Su problemi daha çox Xuzistanda olduğundan hökumət səlahiyyətliləri vilayətə su tankerləri göndərir.

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır